
“Artıq erməni cəmiyyətində Sarkisyanlara, Köçəriyanlara və onun kimi düşünən avantürist siyasətçilərə yer yoxdur” Nyus.am-ın yaydığı məlumata görə, Ermənistanın keçmiş prezidenti, Xocalı cəlladı Serj Sərkisyan Ermənistan Universitetində təşkil olunan görüşdə tələbələr və müəllimlər qarşısında çıxış edən, Xocalı faciəsinin hərbi canisi birinci müharibədəki “qələbə”dən danışıb. O, Şuşanın işğal edilməsi üzrə hərbi əməliyyatın xəritəsinin bir nüsxəsini Ermənistan Universitetinə bağışlayaraq, “Ümid, iman və şərəf” yazıb. Daha sonra “Mübarizəsiz heç nə verilmir” deyib”. Serj Sarkisyan Xocalıda və Qarabağda törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmədə mühakimə olunmalıdır. Hələ keçmişdə törətdiyi cinayətlərlə “fəxr” edir. Bir insan nə qədər həyasız olmalıdır ki, gənclərə öyüd-nəsihət verərək olmayan keçmişlərini unutmamağa çağırır”.
Missiya.Az xəbər verir ki, bu sözləri Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk Bizimyol.info xəbər portalına açıqlamasında bildirib.
Araşdırmaçı-ekspert qeyd edib ki, Ermənistan 44 günlük savaşda hansı vəziyyətə düşdüyünü unudub.

“Nikol Paşinyan 9 noyabr atəşkəs bəyanatına getməsəydi, vəziyyət onlar üçün daha dəhşətli olacaq. Bunu özü dəfələrlə bəyan edib. Artıq erməni cəmiyyətində Sarkisyanlara, Köçəriyanlara və onun kimi düşünən avantürist siyasətçilərə yer yoxdur. Bunu seçkilər sübut etdi. Ermənistan sülh sazişinə razılıq verməyə tələsməlidir ki, bölgədə sabitlik güclənsin. Ermənistan bundan yalnız qazanclı çıxa bilər. Nikol Paşinyan sülh siyasətini dəstəkləyərsə, bu siyasət Ermənistan üçün faydalı olar. Bölgədə sabitlik hökm sürməlidir ki, Sarkisyan kimi siyasətçilər at oynada bilməsinlər”,-deyə Elnur Eltürk vurğulayıb.