AZ   |   RU
ABŞ mətbuatı İsrailə xəbərdarlıq etdi - Türkiyə ilə münaqişədən qaçın


Türkiyənin Suriyada artan təsiri İsraildə narahatlıq yaradıb.


Missiya.Az xəbər verir ki, bu barədə “Foreign Affairs” jurnalı yazı dərc edib.


Bildirilib ki, İsrail bölgədə Türkiyə ilə hərbi münaqişədən qaçmalıdır. 


ABŞ-nin Suriyadan çıxacağı təqdirdə Türkiyənin Suriyada nüfuzunun daha da artacağı vurğulanıb.


Qeyd olunub ki, ABŞ ordusunun Suriyadakı mövcudluğuna son qoyma ehtimalı İsraili qorxudur. İsrail ABŞ-nin geri çəkilməsinin Türkiyənin Suriyanın şimalında və bəlkə də ondan kənarda daha dominant olmasına imkan verəcəyindən narahatdır.

 


Daşqın Həsənov
Missiya.Az
 



  • Bu gün, 15:56