AZ   |   RU
Putin və Pezeşkian arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.


Missiya.Az xəbər verir ki, bu barədə Kreml özünün rəsmi “Teleqram” kanalında məlumat yayıb.


Bildirilib ki, Putin Şəhid Rəcai limanında baş vermiş partlayışla əlaqədar bir daha səmimi başsağlığı verib. 


Məlumata görə, Pezeşkian da öz növbəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin yüksək peşəkarlığını qeyd edərək, fəlakətin nəticələrinin aradan qaldırılmasında operativ köməyə görə rusiyalı həmkarına təşəkkür edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:38