AZ   |   RU
Braziliya Ukrayna danışıqlarında vasitəçilik etməyi planlaşdırır

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanın administrasiyası Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda vasitəçi qismində ABŞ-ni əvəz etmək istəyir.

Missiya.Az
xəbər verir ki, bu barədə mayın 5-də “O Globo” qəzeti ölkə hökumətindəki mənbələrə istinadən məlumat yayıb.


Nəşrin fikrincə, Lula da Silvanın Qələbə günü tədbirlərində iştirak etmək üçün Moskvaya gözlənilən səfəri Braziliyanın xarici siyasətinin müstəqilliyini nümayiş etdirməlidir.


 “Lulanın Putinə Braziliyanın ruslar və ukraynalılar arasında sülh sazişinin qazanılmasında fəal rol oynamaq səlahiyyətinə malik olduğunu deyəcəyi gözlənilir ”, - nəşrdə bildirilib.


Qeyd olunur ki, Braziliya hakimiyyətinin fikrincə, Vaşinqton Ukrayna münaqişəsinin deskalasiyası ilə bağlı verdiyi vədləri yerinə yetirməyib.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 12:32