AZ   |   RU
İran-ABŞ danışıqlarının dördüncü raundu yenidən ləğv edildi


İran-ABŞ danışıqlarının növbəti raundu yenidən ləğv edilib.


Missiya.Az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.


Bildirilib ki, Tehran-Vaşinqton danışıqlarının dördüncü raundu bu həftəsonu da keçirilməyəcək. 


ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus danışıqların ləğvinə cavab olaraq deyib: 


“İran nüvə proqramının tamamilə ləğvi ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyini qəbul etməyə məcbur olacaq”.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:14