AZ   |   RU
ABŞ və Ukrayna mineral ehtiyatlarla bağlı çərçivə sazişini bu həftə imzalaya bilərlər


Vaşinqton və Kiyev bu həftə Ukraynanın bütün mineral ehtiyatlarını, böyük enerji aktivlərini əhatə edən çərçivə sazişi imzalaya bilərlər.

Missiya.Az
verir ki, bu barədə “Financial Times” yazıb.

"ABŞ və Ukrayna bu həftə mineral resurslar haqqında çərçivə sazişinin imzalanmasına yaxındırlar. Bu, Kiyevin prezident Donald Tramp administrasiyasından əvvəlki hərbi yardımın nəzərə alınmayacağı barədə əhəmiyyətli güzəşt əldə etdikdən sonra mümkündür", - nəşrin məlumatında bildirilib.

Çərçivə sazişi Ukrayna ərazisində neft və qaz da daxil olmaqla bütün mineral resursları, həmçinin böyük enerji aktivlərini əhatə edir.




Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 16:43