Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Məktəb və müəllim seçimində Azərbaycan bölməsi üzrə qeydiyyat 6 may-12 sentyabrda, tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibəyə qeydiyyat 6-20 mayda, müsahibə 12-31 mayda, məktəb və müəllim seçimi 17 iyun – 12 sentyabrda olacaq.
Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə prioritetli seçim mərhələsində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 6 may-5 iyunda, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 17 iyun-17 iyulda olacaq.
Müddət bitdikdən sonra həmin məktəblərə prioritetsiz sorğuların verilməsinə başlanılacaq.
Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.