AZ   |   RU
Milli Məclis həlak olan hərbi qulluqçuların xatirəsini 1 dəqiqəlik sükutla yad edib

“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri qəzaya uğrayıb. Qəza nətciəsində 14 hərbi qulluqçumuz həlak olub. Təklif edirəm ki, həlak olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilsin”.

Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Daha sonra həlak olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.


  • 3-12-2021, 11:09