AZ   |   RU
Qəzzada qida və dərman çatışmazlığından körpələr ölür

İsrailin martın 2-dən bəri yardımların girməsinə icazə vermədiyi Qəzza zolağında 11 aylıq körpə qida və dərman çatışmazlığı səbəbindən həyatını itirib.

Missiya.Az
xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Təxminən 2,3 milyon insanın yaşadığı Qəzzada fələstinlilər İsrailin hücumları, məcburi köçkünlük, həmçinin ərzaq və dərman çatışmazlığı kimi ciddi çətinliklərlə mübarizə aparırlar. Elə Qəzzanın mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsində olan Uday Əhməd adlı 11 aylıq körpə də qida və dərman çatışmazlığı səbəbindən ölüb.



Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 16:08