AZ   |   RU
Putinin qrafikində Trampla təmas yoxdur - Kreml

“Rusiya Prezidenti Vladimir Putinin iş qrafikinə hələ amerikalı həmkarı Donald Trampla təmaslar daxil deyil”.


Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.


Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri arasında təmaslar tez bir zamanda razılaşdırıla bilər.


Qeyd edək ki, bundan əvvəl Peskov bəyan edib ki, Ukraynadakı münaqişənin həlli üzrə əsas iş Rusiya ilə ABŞ arasında aparılır. 

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 14:04