AZ   |   RU
Dünya şöhrətli ulduzun 20 milyon borcu olduğu üzə çıxıb

Dünya şöhrətli pop ulduz Castin Biberin komandası sənətçinin böyük borcları ilə bağlı açıqlama yayıb.

Missiya.Az
“The Hollywood Reporter” nəşrinə istinadən xəbər verir ki, sənətçinin komandası 2023-cü ildə “Justice” dünya turnesinin ləğvi səbəbindən musiqiçinin böyük borcu olduğunu inkar edən bəyanat yayıb.


Daha əvvəl Qərb nəşrlərinin yaydığı məlumata görə, Castin qastrol səfərini ləğv etdiyinə görə milyonlarla dollar borcu yaranıb. İfaçının reklamı ilə məşğul olan “THR” şirkəti bildirib ki, pop ulduzunun təxminən 20 milyon dollar borcu var. Lakin yaranan vəziyyətlə bağlı sənətçinin komandası fərqli fikirdədir. Müğənninin nümayəndələri bütün bunların keçmiş əməkdaşlarının Castindən qisas almaq məqsədilə uydurma olduğunu iddia ediblər, cəfəngiyyat adlandırıblar.




Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 11:54