AZ   |   RU
“ABŞ Rusiya və Ukrayna arasında vasitəçiliyi dayandıra bilər” - Marko Rubio

“Razılaşmanın əldə oluna biləcəyinə dair aydın əlamətlər olmasa, ABŞ bir neçə gün ərzində Rusiya və Ukrayna arasında sülh razılaşmasına vasitəçilik etmək cəhdlərini dayandıracaq”.


Missiya.Az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.


O, ABŞ Prezidenti Donald Trampın bu razılaşmada maraqlı olduğunu bildirib.


“Lakin Ağ Ev rəhbərinin Rusiya-Ukrayna münaqişəsindən əlavə dünyada bir çox başqa prioritetləri də var”, - deyə Rubio vurğulayıb.


Qeyd edək ki, Tramp ötən gün Ukraynada atəşkəsin yaxın olduğuna inandığını və Moskvanın son təkliflə bağlı onunla tezliklə əlaqə saxlamaq niyyətində olduğunu bəyan edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 11:33