AZ   |   RU
Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublika hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi"ni təsdiqləyib.


Missiya.Az xəbər verir ki, sazişin təsdiqi ilə bağlı məlumat “Rəsmi Qəzet”də dərc olunub.


Qeyd olunub ki, saziş Azərbaycandan və üçüncü ölkələrdən təbii qazın alqı-satqısı, çatdırılması, mübadiləsi və tərəflərin ərazilər vasitəsilə tranzit sahəsində əməkdaşlığın artırılması məqsədi daşıyır.


Xatırladaq ki, 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanmış Saziş 8 iyul 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunub.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 10:43