AZ   |   RU
18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür


Bu gün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

Missiya.Az
xəbər verir ki, həmin əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis edilib. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Həmçinin, Azərbaycanda da geniş qeyd olunur. Hər il sözügedən tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği üçün müxtəlif tədbirlər, sərgilər təşkil edilir. İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, əslində mövcud durumu ilə bizə çox şey söyləyir.

Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis edilməsi böyük əhəmiyyətə malikdir.



Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 09:49