AZ   |   RU
Sloveniya Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır

 

Sloveniya Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılmasının başa çatmasını alqışlayır.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Sloveniyanın xarici işlər naziri Tanya Fayon bu gün Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

O, həmçinin Bakı və İrəvanın yaxın zamanda sülh sazişi imzalayacağına ümidvar olduğunu ifadə edib.




  • 17-04-2025, 14:11