AZ   |   RU
Azərbaycan və Sloveniya XİN başçıları geniş tərkibdə danışıqlar aparıblar - YENİLƏNİB/FOTO

 

Azərbaycan və Sloveniyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Tanya Fayon geniş tərkibdə danışıqlar aparıblar.

Xarici İşlər Nazirliyindən Missiya.Az-a bildirilib ki, tərəflər energetika, rəqəmsal innovasiyalar, ekoloji dayanıqlılıq, təhsil və turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər, həmçinin regional təhlükəsizlik, qarşılıqlı əlaqə və çoxtərəfli əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.




  • 17-04-2025, 12:54