AZ   |   RU
Türkiyə Azərbaycan - Ermənistan arasında münasibətlərin nizamlanmasında müsbət rol oynaya bilər - Ermənistan XİN rəhbəri


"Türkiyə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində müsbət rol oynaya bilər".

Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Antalyada türkiyəli jurnalistlərə müsahibəsində bildirib.

Onun fikrincə, Türkiyənin ictimai mövqeyi ondan ibarətdir ki, Ankara ilə İrəvan arasında münasibətlərin nizamlanması prosesi ümumilikdə yaxşı gedir.

"Bizim təsəvvürümüz belədir (bu mənim şəxsi fikrimdir) ki, əgər biz qarşı tərəfdən başlasaq, yəni Türkiyə - Ermənistan münasibətlərini tam tənzimləsək, o zaman bu, mütləq Azərbaycan - Ermənistan nizamlanmasına müsbət təsir göstərəcək”, - Mirzoyan bildirib.



Zərintac Mayisqızı
Missiya.Az




  • 17-04-2025, 11:49