AZ   |   RU
“Ermənistan və Azərbaycan vasitəçilərsiz daha yaxşı danışıqlar aparır” - Mirzoyan

“Ermənistan-Azərbaycan danışıqlarının tarixi göstərir ki, biz ikitərəfli danışıqlar apardığımız zaman bu danışıqlar ən uğurlu olub”.


Missiya.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə KİV-ə verdiyi müsahibəsində deyib.


“Ermənistan-Azərbaycan danışıqlarının qısa tarixi göstərir ki, prosesdə Rusiya, ABŞ, Avropa İttifaqı və müxtəlif ölkələr kimi bir sıra vasitəçilər olub. Amma konkret danışıqlara gəlincə, biz tək olanda asanlıqla fikir mübadiləsi aparırıq”, - deyə siyasətçi vurğulayıb.


Mirzoyan qeyd edib ki, texniki baxımdan heç bir problemimiz yoxdur və ona görə bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur. 



Daşqın Həsənov
Missiya.Az



  • 17-04-2025, 11:35