AZ   |   RU
"Real" mübarizəni dayandırdı, "Arsenal" və "İnter" yarımfinalda - ÇL


 Çempionlar Liqasında son 2 yarımfinalçının adına aydınlıq gəlib.



Missiya.Az QOL.az-a istinadən xəbər verir ki, 1/4 finalın cavab oyunları çərçivəsində 2 maraqla gözlənilən görüş keçirilib.



"Real" ilk matçda 0:3 hesabı ilə uduzduğu "Arsenal"ı "Santyaqo Bernabeu"da qəbul edib. London klubu bu dəfə də üstün olub (2:1) və ümumilikdə 5:1 hesablı qələbə ilə 1/2 finala adlayıb. "Arsenal" yarımfinalda PSJ-yə rəqib olacaq.


"Bavariya" isə "San Siro"da 1 həftə əvvəl məğlub olduğu "İnter"lə qarşılaşıb. Oyun 2:2 hesabı ilə yekunlaşıb və "İnter" növbəti mərhələyə yüksəlib. Milan təmsilçisi yarımfinalda "Barselona" ilə üz-üzə gələcək.


Bugünkü hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


16 aprel


23:00. "Real" (İspaniya) - "Arsenal" (İngiltərə) - 1:2


Qollar: Vinisius, 67 - Saka, 65, Martinelli, 90+3


"Santyaqo Bernabeu"


İlk oyun - 0:3


23:00. "İnter" (İtaliya) - "Bavariya" (Almaniya) - 2:2


Qollar: Martinez, 58, Pavard, 61 - Keyn, 52, Dayer, 76


İlk oyun - 2:1


15 aprel


"Aston Villa" (İngiltərə) - PSJ (Fransa) - 3:2


İlk oyun - 1:3


"Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya) - 3:1


İlk oyun - 0:4


Yarımfinal cütləri: 


"Arsenal" (İngiltərə) - PSJ (Fransa)


"İnter" (İtaliya) - "Barselona" (İspaniya)



  • 17-04-2025, 08:22