AZ   |   RU
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI

Bakının bir çox yollarında tıxac müşahidə edilir.


Missiya.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.


Hal-hazırda yollardakı vəziyyət:


1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;


2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;


3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;


4. Babək prospekti, mərkəz istiqamətində;


5. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;


6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);


7. Aeroport şosesi, hava limanı istiqamətində;


8. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;


9. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;


10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;


11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;


12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;


13. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.



  • Dünən, 08:56