AZ   |   RU
Gürcüstan - Ermənistan və Azərbaycanın həmişə güvənə biləcəyi bir ölkədir - Boçorişvili


Gürcüstan üçün dinc və təhlükəsiz Cənubi Qafqaz ən vacib prioritetdir.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində bildirib.

"Etiraf edirik ki, regionumuz böyük potensiala malikdir. Və bu potensialdan tam istifadə etmək üçün regionumuzda həqiqətən davamlı və uzunmüddətli sülhə ehtiyacımız var. Buna görə də biz Azərbaycan və Ermənistan arasında sülh sazişini alqışlayırıq. Mən həqiqətən hesab edirəm ki, bu, böyük nailiyyətdir", - xarici işlər naziri qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan hər iki ölkə ilə möhkəm və mehriban qonşuluq münasibətlərinə malikdir.




  • 12-04-2025, 14:04