AZ   |   RU
Xalq 14 şəhidini dəfn edəndə Əli Kərimli şou yaradırdı - Xəyanətkarların növbəti biabırçılığı

Azərbaycan xalqı 14 şəhid hərbçisi ilə vidalaşdığı saatlarda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri şəhərin mərkəzində şouya cəhd ediblər. 

Günlərdir sosial şəbəkələrdə "izdihamlı mitinq təşkil olunacaq" başlığı ilə tirajlanan aksiya elanları və bu gün şəhərin mərkəzində AXCP-nin yaşadığı növbəti biabırçılıq bir sıra məqamlara daha geniş aydınlıq gətirdi. 

1. Aydın oldu ki, AXCP Azərbaycan xalqının mövqeyinə, ortaq dərdinə şərik deyil. Əli Kərimlinin sədrlik etdiyi partiya həmişə olduğu Azərbaycan xalqının ortaq dəyərinə bu gün də hörmətsizlik etdi. Əgər belə olmasaydı, Azərbaycan xalqı 14 şəhid hərbçisi ilə vidalaşan saatlarda AXCP şəhərin mərkəzində biabırçı mitinq təşkil etməzdi. 

2. Radikallar öz aləmlərində "izdihamlı" mitinq təşkil etməyə çalışsalar da, planları baş tutmayıb. Onların təşkil etdiyi aksiyaya 40-50 nəfərdən artıq insan dəstək verməyib. Aksiyada iştirak edən 40-50 nəfər etirazçı da siravi vətəndaş deyil, AXCP-nin təşkilatlarının üzvləridir. Yəni siravi Azərbaycan vətəndaşı tarixə adını siyasi məğlubiyyətlərlə intiriqalarla, dövlətçiliyimizə qarşı xainliklərlə yazan AXCP-yə dəstək olmaq istəmir. Bu gün bir daha aydın oldu ki, AXCP-nin sosial bazası tam tükənib. 

3. Şounun təşkilatçısı, AXCP sədri Əli Kərimli həmişə olduğu kimi, aksiya zamanı yenə ortalarda görünmədi. Əvvəlki qanunsuz aksiyalarda olduğu kimi bu dəfə də başqalarını irəli verdi, özü gizləndi. Bu məqam bir daha sübut edir ki, Əli Kərimlinin liderlik keyfiyyəti yoxdur. Həqiqi lider qaçıb gizlənmir, başqalarını önə vermir, özü öndə gedir. Yəqin ki, bu aksiyada iştirak edən 40-50 nəfər radikal da Əli Kərimlinin həqiqi simasını, xaraktersizliyini, başqalarını önə verib özünün gizlənməyini  görüb ondan uzaqlaşacaq.

4. Əli Kərimli və ətrafındakı 3-5 qiybətçil tərəfdarı bütün günü sosial şəbəkələrdə yalan, əsassız iddialar səsləndirməklə məşğuldurlar. Sanki pusquda durublar ki, hansısa müxalifətçinin burnu qanasın və ya hər hansı təzyiqlə üzləşsin. O an başlayırlar ki, "Azərbaycan hakimiyyəti müxalifətçiləri sıxır".
​​​​Dəfələrlə Əli Kərimli və ətrafı xırda bir insidenti hakimiyyətin üstünə yıxmaq istəyiblər amma sonda məlum olub ki, ya hadisə iştirakçısı həqiqətən də qanunları pozub, ya da insidentin heç hakimiyyətlə əlaqəsi yoxdur. Məlum olur ki, Əli Kərimli və ətrafı məişət xarakterli hadisəni siyasiləşdirməyə çalışır.  

Hazırda Kərimlinin və ətrafındakı 3-5 şüvənin gündəmində konkret cinayət əməlinə görə həbs olunan Saleh Rüstəmlidir. 
 
Saleh Rüstəmli kimdir? 

Bu şəxs AXC hakimiyyəti dövründə icra başçısı olub. Ulu Öndər Heydər Əliyev  hakimiyyətə gəldikdən sonra Moskvaya qaçıb və orada müxalifətin qeyri-rəsmi “kassiri” rolunu oynayıb. 
 
İndi Əli Kərimli əsas maliyyəçisinin müdafiəsinə qalxıb. İddia edir ki, Saleh Rüstəmli 25 gündür aclıq aksiyası keçirir. Tibbi mənbələr insanın fizyoloji quruluşu 25 gün aclığa dözə bilməyəcəyini yazır. Əgər həqiqətən də Saleh Rüstəmli 25 gündür həm sudan, həm də yeməkdən imtina edibsə, o, həyatda olmamalıdır. 

Görünən odur ki, Əli Kərimli və onun ətrafının iddiaları tam əsassızdır. 

Böyük ehtimalla, Saleh Rüstəmlinin bu fəaliyyəti Rusiyadakı  təhlükəsizlik orqanlarının nəzarəti altında olub. Çünki sonuncu dəfə o, AXCP-yə vermək üçün Azərbaycana qanunsuz yolla 450 min dollar keçirib. Bu vəsait Moskvada bazarlarda toplanıb və onu kurasiya edən orqanların xəbəri olmadan bu qədər vəsaiti toplamaq mümkün deyil. 
Söhbət xarici ölkədəki kuratorların nəzarəti altında çirkli pulların başqa ölkənin müxalifətinə ötürməkdən gedir – bu, çirkli pulların yuyulmasıdır. Və bu mövzuya “həssas” yanaşan Qərb dairələrinin bu faktla “maraqlanmaması” qəribədir.


Yuxarda sadalanan məqamlardan bir daha aydın olur ki, Əli Kərimli siyasi fəaliyyətini bir kənara qoyub ucuz şou ilə məşğuldur və yalnız öz maraqları üçün çalışır. Əli Kərimliyə nə xalq, nə Saleh Rüstəmli lazımdır. Onun düşündüyü puldur. Saleh Rüstəmli Əli Kərimlinin qeyri-leqal maliyyə mənbəyi olduğu üçün AXCP sədri onu müdafiə edir, pulu kəsildiyi üçün qıcıqlanır.

Missiya.Az

  • 1-12-2021, 23:11