AZ   |   RU
Kobaxidze Gürcüstanın ərazi bütövlüyünün bərpasını real hesab edir

 “Gürcüstan xalqı səbirli olsa, Abxaziya və Cənubi Osetiya ilə birləşmək mümkündür”.


Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib.


"Düşünürəm ki, biz səbr nümayiş etdirsək və siyasətimizdə bu səbri rəhbər tutsaq, ərazi bütövlüyünün bərpası realdır. Bu məsələnin həlli, əlbəttə ki, müxtəlif amillərdən asılı olacaq, lakin səbr və düzgün siyasətlə hər şey mümkündür", - deyə siyasətçi bildirib. 

 


Daşqın Həsənov
Missiya.Az



  • 7-04-2025, 10:57