AZ   |   RU
Trampın xüsusi nümayəndəsi Tehrana səfər etmək niyyətindədir

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkov dəvət olunarsa, Tehrana səfər edəcək. 


Missiya.Az xəbər verir ki, bu barədə “The Washington Post” amerikalı rəsmilərə istinadən məlumat yayıb.


Bildirilib ki, iranlılarla danışıqlar birbaşa aparılmasa, Vitkov Omana da getməyə bilər. 


Qeyd olunub ki, Vaşinqtonun hərtərəfli anlaşma və dialoqa ehtiyacı var. Amerika İranın hiyləsini qəbul etməyəcək.



Daşqın Həsənov
Missiya.Az



  • 10-04-2025, 11:40