AZ   |   RU
Bu gün ABŞ və Rusiya nümayəndə heyətləri İstanbulda bir araya gələcək

Bu gün İstanbulda Rusiya və ABŞ-nin nümayəndə heyətləri ikinci dəfə bir araya gələcək. 


Missiya.Az xəbər verir ki, görüşdə iki ölkənin diplomatik missiyalarının fəaliyyətə başlaması məsələsi müzakirə olunacaq.


Bildirilib ki, görüşdə Rusiya nümayəndə heyətinə Vaşinqtonda səfir olacaq Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edəcək.


Qeyd edək ki, bu tərəflər arasında üçüncü görüşdür. Heyətlər ilk dəfə 18 fevralda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gəlib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 10-04-2025, 10:55