AZ   |   RU
İsveçrədə bloklanmış Rusiya aktivlərinin məbləği bu qədər olub


2025-ci ilin mart ayına olan vəziyyətə görə, Rusiyanın İsveçrədə bloklanmış aktivlərinin məbləği 7,4 milyard İsveçrə frankına (8,4 milyard dollar) qədər artıb.

Missiya.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi brifinqində deyilib.  

2024-cü ilin avqust ayında Rusiyanın konfederasiyada dondurulmuş aktivlərinin məbləği 7,1 milyard frank (8 milyard dollar) təşkil edib. Bildirilib ki, söhbət daşınmaz əmlak, avtomobillər, incəsənət əsərləri, mebel və musiqi alətlərindən gedir.

Bununla yanaşı, Rusiya Mərkəzi Bankının İsveçrədə immobilizasiya edilmiş aktivlərinin ümumi məbləği 2024-cü ilin avqust ayı ilə müqayisədə dəyişməyərək 7,2 milyard İsveçrə frankı (8,1 milyard dollar) olub.



Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 12:40