AZ   |   RU
Azərbaycanda “E-bildiriş”in tərtibi, tətbiqi və uçotu Qaydaları” təsdiqlənib

 

Nazirlər Kabineti “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydalarının, o cümlədən “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin formasının təsdiq edilməsi haqqında qərar qəbul edib. 

Missiya.Az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb. 

Qərara əsasən , “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydaları “Dövlət rüsumu haqqında” qanuna uyğun hazırlanıb. 

“E-bildiriş” Maliyyə Nazirliyinin “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi” vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” qanunun tələblərinə uyğun olaraq tərtib edilərək rəsmiləşdirilir. 




  • Dünən, 12:03