AZ   |   RU
"Bloomberg"in keçmiş rəhbəri ailəsi ilə birlikdə ölü tapıldı

"Bloomberg" xəbər agentliyinin keçmiş rəhbəri Riçard Samarel, həyat yoldaşı və doqquz yaşlı qızı Cənubi Karolinadakı evlərində ölü tapılıb. 


Missiya.Az xəbər verir ki, bu barədə  "New York Post" qəzeti məlumat yayıb. 


Bildirilib ki, qonşusu ailənin görünməməsindən narahat olub və polisə müraciət edib. Polis evdə ailə üzvlərinin cansız bədənlərini aşkar edib.


Onların dəqiq necə öldüyü və ölümlərinin cinayət nəticəsində olub-olmaması barədə əlavə məlumat verilməyib. 


Nurlana Əhmədova
Missiya.Az



  • Dünən, 11:00