AZ   |   RU
Netanyahu Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyinatı ləğv edib

İsrailin Baş naziri Benyamin Netanyahu Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Eli Şarviti Şin Betin - Təhlükəsizlik Xidmətinin növbəti rəhbəri təyin etmək qərarını ləğv edib.

Missiya.Az
xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.


Baş nazirin ofisi bildirib ki, Nazirlər Kabinetinin Təhlükəsizlik Xidmətinin (Şin-bet) keçmiş rəhbəri Ronen Barın yerinə yeni namizədlər nəzərdən keçiriləcək. Netanyahu həmin plan dəyişikliyinin səbəblərini izah etməyib.




Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 10:52