AZ   |   RU
Saakaşvilinin məhkəməsi başa çatdı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin cinayət işi üzrə keçirilən məhkəmə iclası başa çatıb.

Qeyd olunur ki, Saakaşvilinin məhkəmədəki çıxışı bir saata yaxın davam edib. Bu müddət ərzində o, 2007-ci ildə Gürcüstanda baş verən etiraz aksiyalarında Rusiyanı ittiham edib və prezidentlik dövründə əldə etdiyi nailiyyətlərdən danışıb.

İclasdan sonra sabiq prezident bir neçə maşının müşayiəti ilə təcili yardım maşınına mindirilərək məhkəmə zalından aparılıb.

Gürcüstanın keçmiş Prezidenti proses zamanı ölkənin məhkəmə sistemini tanımadığını bəyan edib: “Mən prokurorluğun ittihamlarını və məhkəmə sistemini tanımıram. Mən buraya əvvəlcədən yazılmış komediyanın bir hissəsi olmağa gəlməmişəm”.


  • 29-11-2021, 19:35