AZ   |   RU

Türkiyədə müalicə olunan daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb


Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb:

Missiya.Az xəbər verir ki, Fonddan bildirilib ki, həmin şəxslər aşağıdakılardır:

1. Əmrahov Ruslan Rəşid oğlu

2. Mikayılov Ruzigar Namiq oğlu

3. Ələkbərov Seymur Eyvaz oğlu

4. Salayev Namiq Həsən oğlu

5. Şirəliyev Mehman İbrahim oğlu

Beləliklə, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Qeyd olunub ki, onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Xatırladaq ki, "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 35 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.




Baxış sayı: 79
  • 29-11-2021, 14:44