AZ   |   RU
"Telefonu atama verirlər ki, Fuadla şəklimizi çəkin"

Aktyor Fuad İsgəndərov “Bakı gündəliyi” verilişinə maraqlı müsahibə verib.

Missiya.Az 
xəbər verir ki, proqramın aparıcısı Tural Əsədov “Fuad, sən Keşlədə böyümüsən, uşaqlığın burada keçib. İndi də burada yaşayırsan. Burada sənə əvvəl atan Əməkdar artist Rafael İsgəndərova görə hörmət edirdilər. Deyirdilər ki, Rafaelin oğlu gəldi. Amma indi özün artıq hansısa naliyyətlərə çatmısan. Bacarığınla, istəyinlə.. Sənə olan münasibət dəyişilib?” sualını ona ünvanlayıb.

F.İsgəndərovun cavabı belə olub: “Sağolsunlar, münasibət yaxşıdır. Əvvəllər siz deyən söhbət var idi. Amma indi qapıdan kimsə keçəndə telefonu atama verirlər ki, Fuadla bizim şəklimizi çəkin. Atam isə baxıb deyir ki, buna bax, mən burada belə əziyyət çəkmişəm indi bununla gəlib şəkil çəkdirirlər(gülür)”.



Zərintac Mayisqızı
Missiya.Az



  • 14-03-2025, 13:01