AZ   |   RU
Bakıdan Moskvaya uçuşlar bərpa olundu

Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub.


Bu barədə Missiya.Az-a AZAL-ın Mətbuat xidmətindən bildirilib.


Məlumata görə, uçuşlar artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir.



  • Dünən, 11:31