AZ   |   RU
“Avropa Ukraynanın demilitarizasiyası çağırışlarını rədd etməlidir” - Fransa müdafiə naziri

“Avropa öz tarixində həm soyuq müharibədən, həm də sülh dividendləri dövründən fərqli olaraq, bir çox qlobal güclərin nüfuz uğrunda mübarizə apardığı yeni bir dövrlə üzləşir”.


Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastian Lekornu deyib.


O, Ukraynada istənilən potensial atəşkəsi dəstəkləmək üçün daha çox planlaşdırmanın lazım olduğunu bildirib.


Lekornu qeyd edib ki, Fransa Ukrayna ordusunun hər hansı demilitarizasiyasından imtina edəcək və bunu gələcək təhlükəsizlik arxitekturasının vacib hissəsi hesab edir.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 14:49