AZ   |   RU
Lavrov ABŞ administrasiyasının Ukrayna ilə bağlı açıqlamalarını ümidverici adlandırıb


"ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukrayna ilə bağlı açıqlamaları ümidvericidir".

Missiya.Az 
xəbər verir ki, bu barədə martın 10-da Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan “Rusiyanın yeni regionları” jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Hər hansı uzağa aparan nəticə çıxarmaq hələ tezdir, lakin Donald Tramp administrasiyasından indiyə qədər eşitdiklərimiz ümumilikdə ümidvericidir. Lavrov bəyan edib ki, Trampın NATO-nun genişlənməsini Ukrayna münaqişəsinin əsas səbəbi kimi tanıması faktını nəzərə almağa dəyər", - Lavrov qeyd edib.

O, müasir dünyanın çoxqütblülüyündən, bütün ölkələrin maraqlarına hörmət edilməsinin zəruriliyindən danışan ABŞ dövlət katibi Marko Rubionun sözlərinə də işarə edib.

Bundan əlavə, xarici işlər naziri xatırladıb ki, Rusiya tərəfi dövlətlər arasında danışıqlar prosesinin tərəfdarıdır.




Zərintac Mayisqızı
Missiya.Az



  • 10-03-2025, 16:10