AZ   |   RU
“Yeni hücum Rusiyaya baha başa gələcək”

“Ukraynaya yeni hücumun çox baha başa gələcəyini Rusiyaya başa salmağa çalışırıq ki, buna cəhd etməsinlər”.

Missiya.Az
xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Kuleba onlayn mətbuat konfransında qeyd edib ki, Ukraynanın məqsədi Rusiyanı aqressiv hərəkətlərdən çəkindirməkdir.

Ukrayna XİN rəhbəri əlavə edib ki, Moskva yeni bir hücum olacağı təqdirdə, siyasi, iqtisadi və insan itkisi baxımından verəcəyi zərəri anlamalıdır.

Son zamanlar beynəlxalq ictimaiyyətin Rusiyaya münasibətinin sərtləşdiyini vurğulayan Kuleba bir çox paytaxtlarda Rusiya iqtisadiyyatına zərər verəcək iqtisadi tədbirlərin hazırlandığını qeyd edib.


  • 25-11-2021, 19:26