
“Türkiyə Ukraynaya sülhməramlı kontingent göndərməyə hazır olduğunu rəsmi səviyyədə bəyan edib”.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu iddia ilə “Bloomberg” nəşri çıxış edib.
Nəşrin yazısında bildirilir ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələni həm Ukraynalı həmkarı Volodimir Zelenski, həm də Rusiyanın xarici işlər naziri Sergery Lavrovla bu ayın əvvəlində Ankaradakı görüşləri zamanı müzakirə edib.
Yazıda bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampın sülhməramlı fəaliyyətdə iştirak edəcək ölkələrin səylərini dəstəkləyəcəyi, lakin ölkəsinin bu prosesə qatılmayacağı barədə fikirlərini də xatırlanır:
“Bu açıqlama Türkiyə tərəfini Avropalı tərəfdaşlar üçün həlledici əhəmiyyət daşıyan sülhün təminatına nəzarət etmək, bununla da Böyük Britaniya və Fransanın üzərinə götürdüyü məsuliyyəti bir qədər azaltmaq ətrafında düşünməyə vadar edir. Lakin rəsmi Ankara sülhməramlı kontingentin formalaşması prosesinin tərəflərindən biri olmasa bu prosesdən geri çəkiləcəyi barədə mesaj da verməyi unutmayıb”.
O ki qaldı sülhməramlılardan ibarət missiyada iştirak edəcək ölkələrə, müəllif Fransa ilə Böyük Britaniyanın artıq buna rəsmi şəkildə hazır olduğu barədə bəyanat verdiyini qeyd edib.
“Bloomberg”in yazısında o da qeyd edilir ki, rəsmi Moskva Türkiyənin bu təşəbbüsünü hələ cavablandırmayıb.
Qeyd edək ki, fevralın 18-də Ukrayna Prezidenti V. Zelenski ölkəsində sülhün yalnız Ukrayna, ABŞ və Avropanın iştirak etdiyi ədalətli danışıqlar nəticəsində mümkün olacağını söyləyib.