AZ   |   RU
Türkiyə Ukraynaya qoşun yeridərsə… - Moskva üçün Avropa hərbçiləri, yoxsa türk əsgəri məqbuldur?

 Türkiyə hərbçilərinin Ukraynada yerləşdirilməsi ilə bağlı mümkün razılaşma mühüm hadisə olardı.

Missiya.Az
xəbər verir ki, bunu erməni türkoloq Vahram Ter-Matevosyan NEWS.am-a müsahibəsində deyib.

“Biz Türkiyə-Rusiya monitorinq qruplarının həm Suriyada, həm də Dağlıq Qarabağda necə işlədiyini gördük. Türkiyə hərbçilərinin Ukraynada yerləşdirilməsi ilə bağlı razılaşma olarsa, onların hansı statusda yerləşdiriləcəyi maraqlı olacaq”.

Türkoloqun fikrincə , postsovet məkanı tədricən Rusiya-Türkiyə kondominiumuna çevrilir. “Cənubi Qafqazda belə idi və indi Ukrayna belə platformaya çevrilə bilər. Postsovet məkanı istər-istəməz Rusiya-Türkiyə ümumi idarəetmə ərazisinə çevrilir. Eyni zamanda, Ukraynada Türkiyəyə belə səlahiyyətlərin verilməsi Avrasiya əhəmiyyətli tektonik dəyişikliyə səbəb olacaq. Hamı başa düşür ki, Türkiyənin ciddi geosiyasi məqsədləri var və Ujkraynaya qoşun yeridərsə, bu, Ankaraya çox şeyə nail olmağa imkan verəcək. Türkiyə Krımdakı məqsədlərindən heç vaxt əl çəkməyib, Krım tatarlarının müdafiəçisi kimi çıxış edir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Əgər Rusiya belə bir qərarla razılaşarsa, bu, onun maraqlarına zərbə vurmuş olacaq”, - deyə Ter-Matevosyan bildirib.

Eyni zamanda, Rusiya türk qoşunlarını Avropa qoşunlarından daha məqbul hesab edə bilər, deyə o əlavə edib.

Türkoloq hesab edir ki, Ankara hazırda Rusiya-Türkiyə əməkdaşlığından Moskvadan  daha çox faydalanır.

Elcan
Missiya.Az



  • Bu gün, 11:51