AZ   |   RU
Ukraynada atəşkəs yaxın həftələrdə mümkün ola bilər - Makron

Rusiyanın atəşkəs rejiminə əməl etməməsi onun sülh danışıqlarında ciddi olmamasının sübutu olacaq.

Missiya.Az 
xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

O, həmçinin Ukraynada döyüşlər bitərsə, ABŞ-ni Avropaya dəstək verməyə çağırıb. Emmanuel Makronun sözlərinə görə, potensial atəşkəs Ukraynada müharibənin sülh yolu ilə həlli prosesində ilk addım olmalıdır.

"Sxem isə belə olmalıdır: ABŞ və Rusiya, eləcə də ABŞ və Ukrayna arasında danışıqlar", - Fransa lideri qeyd edib və yaxın həftələrdə razılığın əldə oluna biləcəyini əlavə edib.



Zərintac Mayisqızı
Missiya.Az



  • 25-02-2025, 10:59