AZ   |   RU
“Sputnik Azərbaycan”ın əməkdaşları əsassız ittihamlarla saxlanılıb” - "Rossiya seqodnya”nın baş direktoru

“Sputnik Azərbaycan”ın əməkdaşları, agentliyin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov Bakıda əsassız ittihamlarla saxlanılıb”.


Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Rossiya seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselev deyib.


"İndi, deyəsən, biz sakit şəkildə İqor Kartavıx və Yevgeni Belousovu əsirlikdən azad edə bilərik", - deyə jurnalist vurğulayıb.


Onun sözlərinə görə, agentlik əməkdaşlarının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin yaxşılaşması istiqamətində bir addım olacaq.


Kiselev qeyd edib ki, “Rossiya Seqodnya”nın redaktor siyasəti həmişə media qrupunun nümayəndəliklərinin fəaliyyət göstərdiyi ölkələrlə dostluq və müttəfiqlik münasibətlərini möhkəmləndirməyə yönəlib.


O bildirib ki, rusiyalı jurnalistləri peşəkar fəaliyyətlərinə dair obyektiv iddialar olmadan həbs edənlər bunun Rusiya-Azərbaycan münasibətlərində fəsadlara səbəb olacağını başa düşürlər.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 10:59