AZ   |   RU
Kreml Ukraynada sülhməramlıların yerləşdirilməsinə münasibət bildirib


“Heç kim Ukraynada sülhməramlıların yerləşdirilməsi ilə bağlı əsaslı müzakirələr aparmır”.


Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, sülhməramlı kontingentlər haqqında ən çox avropalılar danışırlar.

Peskov əlavə edib ki, Rusiya tərəfi sülhməramlı kontingentlərin yerləşdirilməsi qaydalarını bilir, lakin indiyədək heç kim Moskva ilə bu məsələ ilə bağlı əsaslı müzakirələr aparmayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 17-02-2025, 14:25