AZ   |   RU
NATO-nun Baş katibi Pentaqon rəhbəri ilə Alyansın möhkəmləndirilməsini müzakirə edib

 NATO-nun Baş katibi Mark Rutte ABŞ-nin müdafiə naziri Pit Heqset (Pete Hegseth) ilə görüşüb.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Baş katib sosial media hesabında paylaşım edib.


O qeyd edib ki, Alyansın möhkəm qalması üçün görülməli işlər var.


"Pit Heqseti onun NATO-da ilk görüşü çərçivəsində salamlamaqdan məmnunam. Alyansın möhkəm qalmasına əmin olmaq üçün görülməli işlər var. Bu, müdafiə xərclərinin, istehsalın artırılması və Avropanın Ukraynaya dəstək üçün daha çox iş görməsi deməkdir", - M.Rutte vurğulayıb.


Qeyd edək ki, bu gün Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin görüşü keçirilir.




  • Bu gün, 13:43