AZ   |   RU
Ukraynanın aqibəti illər əvvəldən planlaşdırılıb - Vaşinqtonda ssenariləşdirilmiş məşhur serialda SONUN necə olacağı açıq göstərilib

 
Ukrayna ilə Rusiya arasında münaqişənin qaynar mərhələsi əslində illər əvvəl planlaşdırılıbmış. Məlumdur ki, qlobalistlər öz planlarını animasiya və kino sənayesi vasitəsilə yayımlayırlar. Məsələn, hamı məşhur  "Simpsonlar" cizgi serialı barədə məlumatlıdır. Onun vasitəsilə Trampın Prezidentliyi və Covid pandemiyası da daxil olmaqla bir çox “proqnozlar” verilib. Əslində, bunlar dünyanı idarə edən “dərin dövlət”in hər şeyə qadirliyindən həzz alaraq kütləyə açıqladığı planlardır. 


Gələcəyi göstərən ikonik filmlərdən biri 2014-cü ilin sentyabrında ABŞ-də yayımlanan “Madam Secretary” televiziya serialıdır. Serialın 2015-ci ildəki ikinci mövsümündə Ukraynada müharibənin alovlanması, rus qoşunlarının Ukrayna ərazisinə daxil olması və Ukraynanın bölünməsindən bəhs olunur. 


“Xanım katib” serialında Rusiya ilə Qərb arasında ağlasığmaz razılaşmalara qarşı çıxan “Kiyevin boqatırlari” radikal Ukrayna millətçi qrupunun lideri Oleq Zelinski kimi obraz var idi. Amerikalılar onu sülhə nail olmaq üçün heç bir güzəştə getmək istəməyən “özünü vətənpərvər kimi göstərən psixopat” adlandırırlar. Həmin bu personaj, yəni qrupun lideri Oleq Zelinski iddia edir ki, sülh razılaşması, Rusiyaya təslim olmaq və Ukraynanın sərhədlərini dəyişdirmək cəhdləri aqressiv əks-davranışlar doğuracaq. 


Qeyd edək ki, Amerikanın “Xanım katib” filmi ilə demək olar ki, eyni vaxtda Vladimir Zelenskinin baş rolda çəkildiyi “Xalqın xidmətçisi” (Sluqa naroda) teleserialı da Ukrayna ekranlarına çıxıb. Çoxlarının düşündüyü kimi, bu, komediya filmi deyil. Bu, Ukraynanın ərazilərini itirəcəyindən bəhs edən qorxulu filmdir. Aydındır ki, bu serialı çəkmiş rejissorların arxasında Ukraynanın parçalanmasını proqran şəklinə salan ciddi amerikalı “prodüserlər” dayanıb. Serial 2019-cu ilin aprelində, Vladimir Zelenski ilk raundda Petro Poroşenkoya qalib gələndə başa çatdı. 


Keçək əsas məqama. “Xalqın qulluqçusu” serialının üçüncü sezonunda yamaqlı yorğanı xatırladan keçmiş Ukraynanın xəritəsi göstərilir. “Bura bizim vətənimizdir. Bizim ərazilərimizdə 28 müstəqil dövlət yaranıb”. Bunu serialda baş nazir Ukrayna prezidentinə deyir. “Yəni, Ukrayna artıq yoxdur”, - deyə Zelenski serialdakı prezident Qoloborodko reaksiya verir. Bu serial Ukraynanın taleyinin Vaşinqtonda ciddi fiqurlar tərəfindən hələ müharibədən xeyli əvvəl həll olunduğunu göstərir.


 İndi gəlin Tramp adminstrasiyasından bu günlərdə verilən siqnallara diqqət edək:


-Rusiya işğal etdiyi Ukrayna torpaqlarında qalacaq 

-Ukrayna NATO-ya daxil olmayacaq

-Ukrayna ərazisində Qərbin hərbi bazaları yerləşdirilməyəcək


 Sonda isə ritorik sual: Ukrayna 500 min qurban niyə verdi? 



Elcan
Missiya.Az



  • Bu gün, 14:57