AZ   |   RU
Norveç Ukraynaya 107 milyon dollarlıq hərbi yardım elan edib

Norveç Ukraynaya 107 milyon ABŞ dolları dəyərində əlavə hava hücumundan müdafiə avadanlığı təhvil verdiyini açıqlayıb.


Missiya.Az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.


"Ukraynanın əhalisini və infrastrukturunu qorumaq üçün 107 milyon dollar dəyərində yeni hava hücumundan müdafiə vasitələri təqdim edirik", - deyə vurğulanıb.


Qeyd edək ki, bu vəsait Nansen proqramı çərçivəsində 2025-ci ildə Ukraynaya hərbi dəstək üçün ayrılacaq 2 milyard dolların bir hissəsidir.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:25