AZ   |   RU
"Avropa Parlamentinin qətnaməsi bizim üçün tamamilə dəyərsizdir" - Kobaxidze

"Ədalətsizliyini və məzmununu nəzərə alsaq, Avropa Parlamentinin qətnaməsinin bizim üçün heç bir dəyəri yoxdur".


Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsi zamanı deyib.


O, Avropa Parlamentinin bu vaxtadək Gürcüstana qarşı 5 qətnamə qəbul etdiyini və bunların hər birinin digərindən daha az ciddi olduğunu bildirib.


Onun sözlərinə görə, növbəti, artıq 6-cı qətnamə tamamilə ədalətsizdir və Gürcüstan dövlətinə, KİV azadlığına hücumdur”.


“Bu layihə əvvəlki qətnamələr kimi bizim üçün tamamilə mənasızdır və onlar bizim xalqımızın reallığını əks etdirmir. Reallıq budur ki, Gürcüstan demokratiya ilə idarə edilir və müxalifət mahiyyətcə anti-demokratikdir. Lakin gördüyünüz kimi, AP-nin qətnaməsi radikal müxalifəti, radikalizmi və ABŞ-nin yeni administrasiyasının bu gün açıq şəkildə tənqid etdiyi hər şeyi dəstəkləyir”, - deyə Kobaxidze vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:44