AZ   |   RU
Omega-3 vitamin qəbulu bioloji qocalmanı ləngidə bilər


Harvard Universiteti və Sürix Universitetinin tədqiqatçılarının da daxil olduğu beynəlxalq elmi qrup tərəfindən aparılan yeni araşdırma müntəzəm Omega-3 qəbulu ilə bioloji qocalma arasında mühüm əlaqə müəyyən edib. 


Missiya.Az "TRT Haber"-ə istinadla xəbər verir ki, “The Guardian” jurnalında dərc olunan tədqiqatda 777 nəfər yaşlı isveçrəlinin üç il ərzində klinik göstəriciləri təhlil olunub. 


Araşdırma nəticəsində məlum olub ki, gündə bir qram Omeqa-3 vitamini qəbul edən insanlarda bioloji qocalma, qəbul etməyənlərlə müqayisədə 4 aya qədər azalıb. Bundan əlavə, D vitamini əlavələri qəbul edən və həftədə ən az üç dəfə 30 dəqiqə fiziki aktivliklə məşğul olan iştirakçılar daha çox müsbət təsir müşahidə ediblər. 


Digər tərəfdən, tədqiqatçılar, Omega-3 ehtiva edən pəhrizlərin iltihabın azalması, daha yaxşı oynaq sağlamlığı, ürək xəstəliyi riskinin aşağı olması, xərçəng və demans riski ilə əlaqələndirirlər. 


İngiltərədəki London Kral Kollecinin geriatrik tibb üzrə tədqiqatçısı Mary Ni Lochlainn bu nəticələrin yaşlı insanlar üçün sadə və nisbətən sərfəli müdaxilələrin effektivliyini sübut etdiyini vurğulayıb. Bu araşdırma yaşlanma prosesinin gecikdirilməsində qidalanma və həyat tərzi seçimlərinin vacib rol oynadığını bir daha sübut edir.



Nurlana Əhmədova
Missiya.Az



  • 7-02-2025, 15:01