Qazaxıstanda USAID-in fəaliyyətinin yoxlanılması tələb edilib.
Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin iclasında "Qazaxıstan Xalq Partiyası" fraksiyasının nümayəndəsi Məhərrəm Məhərrəmov USAID ətrafında gedən qalmaqallar və söhbətlər fonunda yeni şok təfərrüatların üzə çıxdığını bildirib.
O qeyd edib: "Ağ Evin rəsmi bəyanatında USAID-in onilliklər boyu "zərərli layihələr"i maliyyələşdirdiyi deyilir. Həmin bəyanatları nəzərə alaraq, milyardlarla vəsaitin Mərkəzi Asiyada daha hansı "xeyirxah" məqsədlərə yönəldildiyini öyrənmək lazımdır. Bizim regionumuza gəlincə, 2022-2025-ci illərdə USAID Mərkəzi Asiyada insan hüquqları və bərabərliyin gücləndirilməsinə 2 milyon dollar ayırıb. Proqramın icraçısı Avropa Beynəlxalq Lesbiyan, Gey, Biseksual, Transgender və İnterseksuallar Assosiasiyasıdır. Bu təşkilat ABŞ hökumətinin Qazaxıstandakı yardım proqramlarını həyata keçirir".
O, Ədliyyə və Milli İqtisadiyyat nazirliklərinə müvafiq sorğu göndərdiyini deyib. Deputat vurğulayıb ki, vəsaitlərin hara getdiyini və kimin aldığını araşdırmaq lazımdır. Xüsusilə də nəzərə alsaq ki, bəzi qrupların "cinsi azlıqların hüquqları" şüarı altında vaxtaşırı "fəallığı" cəmiyyətin daxili tələbatına görə deyil, xarici təsir altında, o cümlədən xaricdən maliyyə dəstəyi ilə baş verir. M.Məhərrəmov əlavə edib ki, Ədliyyə Nazirliyi və ümumilikdə hökumət qazaxıstanlı uşaqların bu cür zərərli "sponsor" layihələrindən müdafiəsini və təhlükəsizliyini təmin etməlidir.
Zərintac Mayisqızı
Missiya.Az