AZ   |   RU
“Ermənistan ixracının 80%-ni itirə bilər” - Zaxarova

“Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə Ermənistandan ixrac 80% azalacaq və hətta ortamüddətli perspektivdə itkiləri alternativ istiqamətlərlə əvəz etmək mümkün olmayacaq”. 


Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.


Onun sözlərinə görə, Ermənistan tərəfinin rəsmi statistikasına əsasən, 2015-ci ildən Ermənistandan ixrac əsasən Rusiyanın hesabına 10 dəfə artıb. 


Zaxarova qeyd edib ki, Ermənistanın təkcə Rusiya ilə ticarət dövriyyəsi ötən il 12 milyard dollara yaxınlaşıb.


“2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 3,4 milyard dollara çatıb. Bu, xeyirxahlıq deyil, humanitar yardım deyil, erməni istehsalçılarının vicdanla qazandıqları puldur. Bu, Ermənistan iqtisadiyyatının inkişafı üçün stimuldur", - deyə siyasətçi vurğulayıb.


Zaxarova bildirib ki, rəsmi İrəvanın öz xarici siyasət vektorunu müstəqil müəyyən etmək hüququ var. Bu, suveren dövlətin hüququdur, lakin bununla belə, o, bu cür qərarların həddindən artıq siyasiləşdirmədən və onları iki yerə bölmədən praktiki tərəfini nəzərdən keçirməyə çağırıb.


Siyasətçi həmçinin xatırladıb ki, 2024-cü ildə Ermənistanın Avropa İttifaqı (Aİ) və ABŞ ilə ticarəti əhəmiyyətli dərəcədə azalıb və Rusiya ilə ticarət dövriyyəsindən təxminən 6 dəfə azdır.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:20