AZ   |   RU
2024-cü ildə İranda ən azı 901 nəfər edam edilib - BMT

“2024-cü ildə İranda ən azı 901 nəfər edam edilib”.


Missiya.Az “BBC”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk məlumat verib.


Onun sözlərinə görə, bu, ölkədə son doqquz ildə ən yüksək edam sayıdır.


Bildirilib ki, edamların əksəriyyəti narkotik və qaçaqmalçılıq cinayətlərinə görədir, lakin onlar arasında dissidentlər və 2022-ci il etirazlarında iştirak edən insanlar da var.


Qeyd olunub ki, bundan başqa, ölüm cəzasına məhkum edilən qadınların da sayı artıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 14:32