AZ   |   RU
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistana səfər edəcək


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Ermənistana səfər edəcək.


Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası katibinin mətbuat məsələləri üzrə köməkçisi Tatevik Petrosyan məlumat yayıb.


O bildirib ki, Əli Əkbər Əhmədian yanvarın 9-da Ermənistan rəsmiləri ilə görüşlər keçirəcək.


Qeyd edək ki, Əhmədian bu gün Azərbaycana səfərə gəlib.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 14:23